2023–2025-ci illər üzrə məlum olmuş məlumat sızmalarının təhlili internet təhlükəsizliyinin nə qədər zəif qaldığını bir daha üzə çıxarıb.
Musavat.com xəbər verir ki, mütəxəssislər bildirir ki, hər iki yüz paroldan biri “2024” rəqəmləri ilə bitib.
Araşdırma göstərib ki:
Parollarda ən çox rast gəlinən söz “love” olub;
Ən populyar rəqəm kombinasiyası isə dəyişməz olaraq “12345” qalıb;
Sızmış parolların 10%-i tam və ya qismən doğum tarixini xatırladan rəqəmlər (1990–2025 aralığında) daşıyıb;
İstifadəçilər arasında ölkə adları və şəxsi adların parol kimi yazılması da geniş yayılıb.
İT mütəxəssisləri xəbərdarlıq edir ki, sadə və asan təxmin olunan parollar həm şəxsi məlumatların, həm də maliyyə hesablarının təhlükəyə düşməsinə səbəb olur və güclü, unikal parollardan istifadə zəruridir.






