Mars-Pluton qovuşumu başlayıb. Bu təsir Dolça bürcündə baş verir və 5 gün davam edəcək.
Musavat.com xəbər verir ki, bu barədə tanınmış astroloq Dinçer Güner bildirib.

O qeyd edib ki, qarşıdakı 5 gün ərzində motivasiyamız yüksək olacaq, başladığımız işlərin öhdəsindən rahatlıqla gələ biləcəyik.
“Bu təsir güclü konsentrasiya deməkdir. Hansı mövzu ilə məşğuluqsa, ona ciddi şəkildə köklənəcəyik. Lakin maraqların toqquşmasından uzaq durmaq vacibdir. Heç kimlə mənfəət davasına girmədən, amma eyni zamanda özünüzü də “sadəlövh” yerinə qoymadan işlərinizi həll edin. Bu bir neçə gün ərzində hər şeyi nəzarətdə saxlamaq istəyi arta bilər.
Karyera sahəsində irəliləyiş gözlənilir. Hətta şirkət qurmaq üçün belə ideal zamandır.
Kobud insanlarla məsafə saxlayın, özünüzü riskə atmayın.
Sizi narahat edən, xoşunuza gəlməyən hər hansı mövzu varsa, onu dəyişmək üçün özünüzdə güc tapacaqsınız. İradəniz çox güclü işləyəcək. Hər mövzuda sona qədər mübarizə aparacaq, çətinliklərdən qaçmayacaqsınız.
Sizə qarşı çıxanlara isə strateji yanaşın, gücünüzü yox, ağlınızı işlədin.
Enerjinizi xərcləmək üçün aktiv olun: qaçın, idman edin.
Qəzəbinizi idarə edin! Böhranları fürsətə çevirin. Problem yaradan yox, problemi həll edən tərəf olun.
Sizə xidmət etməyən sosial mühitdən qurtulmaq üçün ən doğru zamandır”, - astroloq vurğulayıb.
Musavat.com






