İnsanlara hürriyət, millətlərə istiqlal!

50 illik “An-22”nin Rusiya aviasiyası üçün DƏYƏRİ

626 09.12.2025 17:23 Dünya A A

Xəbər verildiyi kimi, İvanovo vilayətində Rusiyanın silahlanmasında qalmış son “An-22” hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Musavat.com xəbər verir ki, Uvodski su anbarı yaxınlığında An-22 tipli hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan beş ekipaj üzvü və iki sərnişin həlak olub.

“Kommersant” yazır ki, təyyarə planlı təmir sonrası uçuş həyata keçirirmiş və havaya qalxdıqdan sonra onun parçalanmağa başladığını görən şahidlər daha sonra qırıntıların suya düşdüyünü bildiriblər.

Qəzaya uğrayan “An-22” xüsusi əhəmiyyət daşıyırdı: o, Rusiya Müdafiə Nazirliyinin balansında qalmış bu tipdən olan sonuncu təyyarə olub. 50 ildən artıq istismarda olub. Qəzaya əsas versiya kimi texniki nasazlıq göstərilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR