İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ beynəlxalq sularda narkotik daşıyan üç gəmiyə zərbə endirib VİDEO

380 01.01.2026 02:01 Dünya A A

Musavat.com xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin ABŞ-ın Cənub Komandanlığı beynəlxalq sularda narkotik qaçaqmalçılığı ilə məşğul olan üç gəmiyə qarşı əməliyyat həyata keçirib.

Məlumata görə, dekabrın 30-da ABŞ müdafiə naziri Pit Heqsetin göstərişi ilə Southern Spear adlı birgə operativ qrup narkotik daşıyan və konvoy şəklində hərəkət edən üç gəmiyə kinetik zərbələr endirib. 

Bildirilib ki, ilk zərbə zamanı gəmilərdən birinin göyərtəsində olan üç narkotik alverçisi zərərsizləşdirilib. Digər iki gəminin ekipaj üzvləri isə gəmiləri tərk edərək dənizə atılıb, bundan sonra hər iki gəmi batırılıb.

Əməliyyat başa çatdıqdan sonra ABŞ-ın Cənub Komandanlığı ABŞ Sahil Mühafizəsini məlumatlandıraraq axtarış-xilasetmə tədbirlərinin başladılmasını təmin edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR