İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan ölüm zərbəsi: “Əl-Qaidə”nin Yəməndə əsas komandirlərindən biri məhv edildi

703 30.11.2025 11:13 Dünya A A

Yəməndə ABŞ-ın hava zərbəsi nəticəsində terror şəbəkəsinə ağır zərbə endirilib.

Musavat.com
xəbər verir ki, məlumatı Səudiyyə televiziyası "Al Hadath" yayıb.

Bildirilib ki, United States Armed Forces Yəmənin Marib vilayətində pilotsuz uçuş aparatı ilə əməliyyat keçirərək “Əl-Qaidə”nin səhra komandirini və daha bir silahlını zərərsizləşdirib. Zərbə vilayətin El-Vadi rayonunda hərəkətdə olan motosikletə endirilib.

Məlumata görə, hədəfdə olan şəxs “Əl-Qaidə”nin tanınmış səhra komandirlərindən Munir Bəclli əl-Əhdal olub. O, həmçinin Abu əl-Xeycə əl-Hədidi ləqəbi ilə tanınırdı. Onunla birlikdə hərəkət edən şəxsin kimliyi açıqlanmayıb.

Yəmənli jurnalist Məhəmməd ibn Feysəl bildirib ki, əl-Əhdal Əl-Qaidənin Yəməndəki əsas komandirlərindən sayılırdı və onun sıradan çıxarılması terror şəbəkəsinə ciddi zərbə kimi dəyərləndirilir.

Qeyd edək ki, bu əməliyyat Yəməndə təhlükəsizlik balansına təsir göstərə biləcək mühüm hadisə kimi qiymətləndirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR