ABŞ dövlət katibi Marko Rubio Ermənistanın Baş naziri Nikol Paşinyanı rəhbərlik etdiyi partiyanın parlament seçkilərində yenidən qələbə qazanması münasibətilə təbrik edib.
Musavat.com xəbər verir ki, Rubionun yaydığı bəyanatda ABŞ-nin Ermənistanın və Baş nazir Paşinyanın sülhə nail olmaq istiqamətində səylərini dəstəklədiyi bildirilib.
“Baş nazir Nikol Paşinyanı partiyasının yenidən seçilməsi münasibətilə təbrik edirəm. ABŞ Baş naziri və Ermənistanı sülhə can atmaq yolunda dəstəkləyir”, - deyə bəyanatda qeyd olunub.
Musavat.com






