İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dən Rusiya və Çinə ŞOK QADAĞA

1112 11.02.2026 07:51 İqtisadiyyat A A

ABŞ Maliyyə Nazirliyi Venesuela neft əməliyyatları üçün lisenziya verib.

Musavat.com xəbər verir ki, sənəd Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən dərc edilib.

Lisenziya Çin, Rusiya, İran, Şimali Koreya və Kubadan olan şəxslər və şirkətlərlə bağlı hər hansı əməliyyatı qadağan edir.

Qadağa bu ölkələrdə qeydiyyatdan keçmiş fiziki və hüquqi şəxslərə, eləcə də onların birbaşa və ya dolayı yolla nəzarət etdiyi qurumlara və ya onlarla birgə müəssisələrə şamil edilir.

Lisenziya Amerika müəssisələrinə Venesuelada neft və qaz fəaliyyəti aparmaq hüququ verir və onlara xam neft kəşfiyyatı, yataqların işlənməsi, hasilata icazə verir. İcazə maliyyə əməliyyatları, logistika (gəmi çarterləşdirməsi və sığorta daxil olmaqla) və liman xidmətləri daxil olmaqla əlaqəli infrastruktur və xidmətləri də əhatə edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR