İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın Venesuelaya zərbələri ilə bağlı ŞOK İDDİA YAYILDI - VİDEO

1276 03.01.2026 15:53 Dünya A A

ABŞ-ın Venesuelaya zərbələri ilə bağlı qalmaqallı iddia səsləndirilib.

Musavat.com xəbər verir ki, Kolumbiya prezidenti ABŞ hücumları nəticəsində mülki şəxslərin həlak olduğunu bəyan edib və bunu sübut etmək üçün sosial şəbəkələrdə yayımlanan videogörüntünü ictimaiyyətə təqdim edib.

Kolumbiya liderinin sözlərinə görə, videoda mülki təyinatlı minik avtomobilinin tamamilə məhv edildiyi, nəticədə içəridə olan şəxslərin həyatını itirdiyi açıq şəkildə görünür. O, bu faktın Venesuelada hərbi əməliyyatların yalnız siyasi və hərbi deyil, eyni zamanda humanitar fəlakət riski yaratdığını göstərdiyini vurğulayıb.

Açıqlamada ABŞ-ın regionda apardığı hərbi fəaliyyətlərin beynəlxalq hüquqa zidd olduğu, xüsusilə mülki əhalinin təhlükəsizliyinin ciddi şəkildə pozulduğu qeyd olunub. Kolumbiya prezidenti beynəlxalq ictimaiyyəti Venesuelada baş verənlərə laqeyd qalmamağa və baş verən hadisələrə obyektiv hüquqi qiymət verməyə çağırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR