İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İrana zərbə endirməyə HAZIRLAŞIR - Təyyarədaşıyan gəmi GÖNDƏRİR

884 06.01.2026 15:49 Ölkə A A

ABŞ İrana qarşı mümkün sərt zərbə variantlarını nəzərdən keçirir və bu məqsədlə bölgəyə təyyarədaşıyan gəmi göndərə bilər.

Musavat.com xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Məqalədə bildirilir ki, Donald Trampın etirazçıların öldürülməsi və repressiyalarla bağlı Tehrana ünvanladığı ultimatumdan sonra hərbi təzyiq ehtimalı artıb.

“Forbes”in dəyərləndirməsinə görə, bölgəyə göndərilməsi ən real hesab olunan gəmilər “USS Theodore Roosevelt” və “USS Abraham Lincoln” təyyarədaşıyanlarıdır.

Digər gəmilərin texniki və əməliyyat məhdudiyyətləri səbəbindən noyabr ayında San Dieqodan yola çıxmış “USS Theodore Roosevelt” əsas namizəd kimi göstərilir. Alternativ variant kimi isə əvvəllər rotasiya əsasında Yaxın Şərqdə yerləşdirilən “USS Abraham Lincoln” qeyd olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR