İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Kiyevi buna məcbur etməyəcək

728 01.12.2025 12:36 Dünya A A

ABŞ-ın Ukrayna ilə müharibənin dayandırılmasına dair ilkin planında ən mübahisəli şərtlərdən biri Kiyevin NATO-ya üzvlük istəyindən rəsmi olaraq imtina etməsi idi. Son xəbərlərə görə, bu bənd artıq məcburi şərt kimi irəli sürülməyəcək.

Musavat.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Florida görüşündə ABŞ və Ukrayna nümayəndələri mümkün yeni ssenarini müzakirə ediblər. Variantlardan biri NATO ölkələri ilə Rusiya arasında ayrıca razılaşma əldə olunmasıdır - yəni Kiyev prosesə formal şəkildə cəlb edilmədən.

Mənbə CNN-ə belə deyib:

“Ukrayna NATO-ya üzvlük istəyindən hüquqi baxımdan imtina etməyə məcbur edilməyəcək.

Əgər ABŞ və Rusiya arasında ikitərəfli razılaşmalar olsa və ya NATO daxilində Moskva ilə xüsusi mexanizm razılaşdırılsa, bu, Ukraynanın qərar vermə prosesində iştirakını tələb etmir”.

Mənbə qeyd edir ki, bu məsələ hələ yekun qərara çevrilməyib və son söz Ukrayna prezidentinə məxsus olacaq. CNN-in şərhinə görə, Vaşinqton Kiyevin “qırmızı xətlərini” formal pozmadan siyasi kompromis axtarır.

Danışıqlarda digər kritik məsələnin Donbasın taleyi olduğu bildirilir. CNN-in ikinci mənbəsi Donbas ilə bağlı müzakirələrin davam etdiyini təsdiqləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR