İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Maliyyə Nazirliyindən Macarıstanla bağlı yeni qərar

583 22.11.2025 09:50 Dünya A A

ABŞ Maliyyə Nazirliyi Macarıstanda Paks II nüvə elektrik stansiyası layihəsi çərçivəsində bir neçə Rusiya bankı ilə əməliyyatlara icazə verib.

Musavat.com xəbər verir ki, müvafiq lisenziya nazirliyin saytında dərc olunub. Layihə çərçivəsində əməliyyatlara icazə verilən bankların siyahısına Qazprombank, Vneşekonombank, Sberbank, VTB və Rusiya Mərkəzi Bankı daxildir.

Noyabrın əvvəlində Macarıstanın Baş naziri Viktor Orban ABŞ administrasiyasının Paks II nüvə elektrik stansiyası layihəsinə qarşı sanksiyaları ləğv etməyə razı olduğunu açıqlamışdı.

ABŞ dövlət katibi Marko Rubio Macarıstanda tikilməkdə olan Paks II nüvə elektrik stansiyasına qarşı sanksiyaların ləğvinin daimi olduğunu qeyd edib: "Biz istəyirik ki, onlar tikintini uğurla başa çatdırsınlar, çünki biz onları enerji sektorunda müstəqil görmək istəyirik".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR