İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ narkotrafikə qarşı ölümcül zərbə endirdi: iki gəmi məhv edilib

440 01.01.2026 12:49 Dünya A A

ABŞ Silahlı Qüvvələrinin ABŞ-ın Cənub Komandanlığı narkotik qaçaqmalçılığına qarşı keçirilən əməliyyat çərçivəsində iki gəmiyə zərbə endirildiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, məlumata görə, 31 dekabr tarixində ABŞ müdafiə naziri Pit Heqsetin göstərişi ilə Birləşmiş əməliyyat qrupu Southern Spear tərəfindən ölümcül kinetik zərbə həyata keçirilib. Hədəf alınan gəmilərin terrorçu kimi tanınan təşkilatlara məxsus olduğu bildirilib.

Kəşfiyyat məlumatları gəmilərin məşhur narkotrafik marşrutları ilə hərəkət etdiyini və birbaşa narkotik ticarəti ilə məşğul olduğunu təsdiqləyib. Əməliyyat zamanı beş “narkoterrorçu”nun öldürüldüyü qeyd olunur: onlardan üçü birinci, ikisi isə ikinci gəmidə olub.

Cənub Komandanlığının bəyanatında vurğulanır ki, əməliyyat regionda narkotik ticarəti ilə mübarizə və terror şəbəkələrinin maliyyə mənbələrinin kəsilməsi məqsədi daşıyıb. ABŞ tərəfi bu cür əməliyyatların regional təhlükəsizliyi gücləndirməyə yönəldiyini bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR