İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ nəşri Zelenskinin əsas rəqibindən YAZDI - FOTO

608 02.01.2026 18:34 Dünya A A

Ukraynada prezident seçkiləri keçirilərsə, Kirill Budanov Volodimir Zelenskinin potensial rəqibi olacaq.

Musavat.com xəbər verir ki, bu barədə “New York Times” nəşri məlumat yayıb.

Nəşr yazır ki, prezident administrasiyasında işləməsi Budanovun prezident postuna namizədliyini irəli sürmək cəhdlərini çətinləşdirə bilər.

Məqalədə qeyd olunur ki, Budanovun ABŞ-la möhkəm əlaqələri var və bu, Ukrayna ilə Tramp administrasiyası arasında sülh danışıqlarında mühüm rol oynaya bilər.

Bundan əlavə, NYT bildirir ki, Budanov ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin dəstəklədiyi proqram çərçivəsində təhsil alıb və Şərqi Ukraynada döyüşlər zamanı yaralandıqdan sonra Merilenddəki Uolter Rid adına Milli Hərbi-Tibbi Mərkəzdə müalicə olunub. Bu, ukraynalı hərbçilər üçün nadir hallardan biridir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR