İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Nigeriyaya 200 hərbçi göndərir - SƏBƏB

372 11.02.2026 08:56 Dünya A A

ABŞ hökumət qüvvələrini təlimləndirmək üçün Nigeriyaya 200 hərbçi göndərməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, məlumatı "The Wall Street Journal" qəzeti Amerika və Nigeriya rəsmilərinə istinadən yayıb.

Rəsmilər bildiriblər ki, ABŞ qoşunları yaxın həftələrdə "Nigeriya qoşunlarına təlim keçmək və texniki dəstək göstərmək" üçün Nigeriyaya gələcəklər.

Onların yerli qüvvələrə hərbi zərbələr görə hədəfləri müəyyən etmək üçün kəşfiyyat məlumatlarından istifadə etməyə kömək etmələri gözlənilir. Lakin ABŞ qoşunları döyüş əməliyyatlarında iştirak etməyəcək.

"Reuters" əvvəllər ABŞ-ın Nigeriyaya kiçik bir hərbi kontingent göndərdiyini bildirmişdi. Agentliyin qeyd etdiyinə görə, bu, iki ölkənin Qərbi Afrikada terrorizm təhlükəsinə qarşı mübarizəni gücləndirmək barədə razılığa gəlməsindən sonra mümkün olan Amerika hərbi kontingentinin Nigeriyada mövcudluğunun ilk təsdiqi idi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR