ABŞ nümayəndə heyəti fevralın 17-də Cenevrədə Ukrayna ilə bağlı danışıqlarla yanaşı, İranla bağlı diplomatik məsləhətləşmələr aparmağı planlaşdırır.
Musavat.com xəbər verir ki, məlumatı Reuters agentliyi mənbələə istinadən yayıb.
Bildirilir ki, ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff və sahibkar Cared Kuşner səhər İran nümayəndələri ilə ikitərəfli danışıqlar aparacaq, günortadan sonra isə Rusiya və Ukrayna nümayəndə heyətləri ilə üçtərəfli görüşdə iştirak edəcəklər.
Musavat.com






