İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ordusu Suriyada İŞİD hədəflərinə qarşı genişmiqyaslı zərbələr endirib

387 11.01.2026 01:32 Dünya A A

ABŞ Silahlı Qüvvələri Suriyada İŞİD terror qruplaşmasına qarşı bir neçə hava zərbəsi həyata keçirib.

Musavat.com “Sky News”a istinadla xəbər verir ki, genişmiqyaslı zərbələr ABŞ-ın şərq vaxtı ilə saat 12:30 radələrində endirilib. Bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

Bəyanatda bildirilib ki, zərbələr 2025-ci il 19 dekabr tarixində ABŞ Prezidenti Donald Trampın göstərişi ilə başladılan “Operation Hawkeye Strike” əməliyyatı çərçivəsində həyata keçirilib. Əməliyyat 2025-ci il 13 dekabrda Suriyanın Palmira bölgəsində İŞİD tərəfindən ABŞ və Suriya qüvvələrinə qarşı törədilən ölümcül hücuma cavab olaraq başladılıb.

Qeyd olunub ki, həmin pusqu zamanı iki amerikalı hərbçi və bir ABŞ vətəndaşı olan tərcüməçi həlak olub. Bəyanatda zərbələr nəticəsində ölənlərin olub-olmadığına dair məlumat verilməyib.

Açıqlamada vurğulanıb: “Mesajımız dəyişməzdir: əgər hərbçilərimizə zərər yetirsəniz, sizi dünyanın harasında olmağınızdan asılı olmayaraq tapacaq və məhv edəcəyik, ədalətdən yayınmağa nə qədər çalışsanız da”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR