İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ sabah İrana hücum edəcək? - SON DƏQİQƏ

1122 22.02.2026 17:51 Dünya A A

ABŞ-nin İrana zərbə endirməyə hazırlaşdığı iddia olunur.

Musavat.com xəbər verir ki, Almaniyanın “Bild” nəşrinin məlumatına görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Con Kiriaku Vaşinqtonun İrana qarşı hərbi əməliyyatla bağlı qərar qəbul etdiyini bildirib.

Onun sözlərinə görə, bu barədə məlumatı Ağ Evdəki mənbədən əldə edib. İddia olunur ki, mümkün hücum bazar ertəsi və ya çərşənbə axşamı həyata keçirilə bilər.

Məlumatda qeyd edilir ki, ABŞ administrasiyası daxilində məsələ ilə bağlı fikir ayrılığı mövcuddur. Dövlət katibi Marko Rubio, Pentaqonun rəhbəri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin nümayəndələrinin hərbi əməliyyatı dəstəklədiyi bildirilir. Vitse-prezident Cey Di Vens və Milli Kəşfiyyatın direktoru Tulsi Qabbard isə İrana zərbə endirilməsinə qarşı çıxır.

Rəsmi Vaşinqton məsələ ilə bağlı hələlik açıqlama verməyib.

Qeyd edək ki, Rusiyaya məxsus iki “İl-76” təyyarəsinin Yaxın Şərqdən Moskva istiqamətində uçduğu bildirilir. Qeyd olunur ki, təyyarələr BƏƏ-dən havaya qalxaraq Moskva istiqamətində yola düşüb. Məlumata görə, təyyarələrin göyərtəsində Yaxın Şərqdən təxliyə edilən rus diplomatların ailə üzvləri yerləşir. Onların İrana mümkün hücum gözləntiləri fonunda regiondan çıxarıldığı qeyd olunur.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR