ABŞ hərbçiləri Sakit Okeanda beynəlxalq sularda narkotik qaçaqmalçılığı ilə məşğul olan üç qayığı məhv edib.
Musavat.com xəbər verir ki, məlumat Pentaqonun X hesabında açıqlanıb. Pentaqonun bəyanatına görə, qayıqlarda olan səkkiz nəfər həlak olub: "Kəşfiyyat gəmilərin Sakit Okeanın şərqində məlum narkotik qaçaqmalçılığı marşrutlarını izlədiyini və narkotik daşıdığını təsdiqləyib. Bu əməliyyatlar zamanı ümumilikdə səkkiz kişi narko-terrorçu öldürülüb".
CNN-in məlumatına görə, ABŞ ordusu son aylarda narkotik qaçaqmalçılığı ilə mübarizə çərçivəsində Latın Amerikası sahillərində 20-dən çox qayığı məhv edib və nəticədə təxminən 90 nəfər ölüb.
Musavat.com






