İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ tərəfindən ələ keçirilən Rusiya tankerinin sahibi tapıldı

1300 08.01.2026 14:08 Siyasət A A

Atlantik okeanında ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı tərəfindən ələ keçirilən Marinera neft tankerinin (əvvəlki adı Bella 1) sahibi ilə bağlı yeni detallar üzə çıxıb.

Musavat.com xəbər verir ki, tanker Rusiyanın Burevestmarin şirkətinə məxsusdur və şirkətin direktoru, eyni zamanda yeganə sahibi anneksiya olunmuş Krımdan olan iş adamı İlya Buqaydır.

Bu barədə "Novaya Gazeta Europe" Beynəlxalq Dəniz Təşkilatının və Rusiya dövlət reyestrlərinin məlumatlarına istinadən məlumat yayıb. Bildirilir ki, “Burevestmarin” şirkəti cəmi yarım il əvvəl Ryazan şəhərində qeydiyyatdan keçib. Bununla belə, vakansiya elanları şirkətin faktiki olaraq dəniz daşımaları ilə məşğul olduğunu göstərir.

Məlumata görə, İlya Buqay 2018-ci ildən etibarən neft məhsullarının ticarəti ilə məşğul olan "Rusnaftakhimgandal" şirkətinə də rəhbərlik edir. Şirkətin 2020-ci ildə dövriyyəsi təxminən 4 milyard rubl olub, lakin sonrakı illərdə gəlirlər kəskin şəkildə azalıb və 2024-cü ildə zərər qeydə alınıb.

Ağ Evin açıqlamasında bildirilir ki, Marinera Venesuelanın “kölgə donanması”na daxil edilib və ABŞ sanksiyalarını dolanmaq məqsədilə neft daşımalarında istifadə olunub. Tanker ABŞ məhkəməsinin orderi əsasında həbs edilib. Vaşinqtonun məlumatına görə, gəminin ekipajının məhkəmə qarşısına çıxarılması planlaşdırılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR