İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ukraynaya Rusiya “kölgə donanması”na zərbələr üçün gizli icazə verib — The Atlantic

526 12.12.2025 22:01 Dünya A A

ABŞ-ın Ukraynaya Rusiya neftini daşıyan “kölgə donanması”na qarşı hücumlar üçün qeyri-rəsmi icazə verdiyi iddia olunur.

Musavat.com xəbər verir ki, The Atlantic jurnalının məlumatına görə, ABŞ-ın əvvəlki prezidenti Co Baydenin administrasiyası eskalasiyadan ehtiyatlandığı halda, ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi yeni respublikaçı administrasiya bu cür hücumlara mane olmayıb, bəzi hallarda isə onların həyata keçirilməsi üçün kəşfiyyat məlumatları təqdim edib.

Mənbənin yazdığına görə, son həftələrdə Ukrayna Rusiya “kölgə donanması”na aid olan bir neçə tankeri hədəfə alıb. Rusiya tərəfi bu hücumları “dəniz quldurluğu” adlandırıb və cavab tədbirləri ilə hədələyib.

Jurnal qeyd edir ki, Tramp administrasiyası açıq şəkildə sülh yolu ilə nizamlanmaya sadiq olduğunu bəyan etsə də, paralel şəkildə Rusiya neft infrastrukturuna zərbələri Kremlə təzyiq üçün effektiv vasitə kimi qiymətləndirir.

Məlumata görə, 28 noyabrda dəniz dronları Türkiyə sahilləri yaxınlığında Kairos və Virat tankerlərini vurub. 2 dekabrda Türkiyənin Nəqliyyat Nazirliyi Qara dənizdə Mersin adlı daha bir Rusiya tankerinə hücum edildiyini açıqlayıb. 10 dekabrda isə Dashan gəmisinə zərbə endirildiyi bildirilib. Kiyev tərəfi iddia edir ki, bu gəmi Novorossiysk istiqamətində hərəkət edib və Ukraynanın müstəsna iqtisadi zonasında olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tankerə hücumları pisləyib və bildirib:

“Bu hücumları heç bir halda əsaslandırmaq olmaz”. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR