İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Venesuelaya qarşı təzyiqin yeni mərhələsinə keçir

457 23.11.2025 09:00 Dünya A A

ABŞ Nikolas Maduro hökumətini devirmək məqsədi ilə yaxın günlərdə Venesuelaya qarşı yeni təzyiq mərhələsinə keçməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, məlumatı Reuters ABŞ administrasiyasındakı mənbələrə istinadən yayıb. Bu mənbələrə görə, ABŞ prezidenti Donald Trampın bu cür əməliyyatlara nə vaxt başlamaq qərarı verdiyi və ya onların miqyasının dəqiq nə qədər olacağı məlum deyil, lakin onların "yaxın günlərdə" başlaması gözlənilir. Reuters qeyd edir ki, ABŞ Venesuela hökumətinə "təzyiqi artırmağa" çalışır.

Agentliyin mənbələrinə görə, gizli əməliyyatlar Venesuela prezidentinə qarşı "yeni tədbirlərin yalnız ilk hissəsi" olacaq: "Eyni zamanda Maduronu devirməyə cəhd ehtimalı nəzərdən keçirilir".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR