İnsanlara hürriyət, millətlərə istiqlal!

Abşeronda iki avtomobil yandı - VİDEO

1073 29.03.2026 10:27 Hadisə A A

Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində avtomobildə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Musavat.com-a verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində "Hyundai" markalı minik avtomobilinin salon və mühərrik hissəsi, yaxınlıqda dayanmış "BMW" markalı minik avtomobilinin isə arxa hissəsi qismən yanıb.

Avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR