İnsanlara hürriyət, millətlərə istiqlal!

Adil Əliyev bu vəzifəyə təyin olundu

3165 26.03.2026 14:18 Son xəbər A A

Azərbaycan kikboksinqinə daha bir beynəlxalq uğur imzası atılıb.

Musavat.com xəbər verir ki, Adil Əliyev Dünya Kikboksinq Təşkilatının (WAKO) Beynəlxalq İnkişaf Komitəsinin üzvü təyin olunub.

Bu barədə WAKO prezidenti Roy Baker tərəfindən göndərilən rəsmi məktubda bildirilib. Qeyd olunub ki, bu təyinat Adil Əliyevin idmanın, xüsusilə kikboksinqin Azərbaycanda və daha geniş regionda inkişafına verdiyi töhfələrin göstəricisidir.

Məktubda qeyd edilib ki, Beynəlxalq İnkişaf Komitəsinin sədri WAKO-nun birinci vitse-prezidenti Espen Lunddur. Komitənin əsas məqsədi dünyanın müxtəlif regionlarında kikboksinq idman növünü inkişaf etdirmək, genişləndirmək və təşviq etmək, ölkələr arasında əməkdaşlığı gücləndirmək, qarşılıqlı anlaşma və idmanda mükəmməlliyə nail olunmasına xidmət edən təşəbbüslər həyata keçirməkdir.

WAKO rəhbərliyi bu nüfuzlu təyinat münasibətilə Adil Əliyevi təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR