İnsanlara hürriyət, millətlərə istiqlal!

AES uğrunda savaş: Ermənistan Rusiya ilə Qərb arasında qalıb

442 10.02.2026 18:37 Siyasət A A

“AES-in tikintisi mövzusu Moskva ilə İrəvan arasında münasibətlərin gündəmində mühüm yer tutur və bu məsələ mütəmadi olaraq müxtəlif səviyyələrdə müzakirə olunur”.

Musavat.com xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinə istinadən məlumat yayıb.

“Rosatom” erməni dostların istəkləri nəzərə alınmaqla, layihənin həyata keçirilməsinə ən qısa müddətdə başlamağa hazırdır. Etibarlı, artıq sınaqdan çıxmış texnologiyaların mövcudluğu, eləcə də maliyyə parametrlərinin cəlbediciliyi baxımından, o cümlədən tikinti, sonrakı istismar, mütəxəssislərin hazırlanması və yenidən hazırlanması zərurəti nəzərə alınmaqla real alternativlər görünmür”, deyə qəzet Qaluzinin sözlərini sitat gətirir. Nəşr xatırladır ki, fevralın 6-da “Rosatom” dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçov Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanla görüşüb, 2025-ci ilin sentyabrında isə Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada keçirilən Dünya Atom Həftəsində iştirak edib.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Musavat.com-a açıqlamasında bildirib ki, AES dünyada ən strateji obyektlərdən biri sayılır. Ekspertin sözlərinə görə, Rusiya həm Ermənistanda ordusunun olmasını, həm də Ermənistandakı strateji obyektlərin öz nəzarətində olmasını istəyir:

emin-h.jpg (58 KB)

“Rusiya prosesin davam etməsini, Ermənistanı bir neçə istiqamətdə- hərbi, siyasi, iqtisadi baxımdan nəzarətdə saxlamaq, onun forpost olmasını istəyir. Son zamanlar Ermənistan Qərblə, ABŞ ilə yaxınlaşır. Buna görə də ABŞ həm Ermənistandan Rusiya ordusunun çıxmasını, həm də Rusiya-Ermənistan əlaqələrinin kəsilməsini, həmçinin, iqtisadi, hərbi, siyasi cəhətdən mövcudluğunu artırmaq istəyir. AES kimi böyük strateji obyektlərə malik ölkələrin həm siyasi, həm iqtisadi, həm də hərbi təsir dairələri var. Hesab edirəm ki, gərgin münasibət bir müddət davam edəcək və Ermənistan Qərbə yaxın olduğundan, Qərbin də təzyiqləri ilə Rusiya ilə əlaqələri zəiflətmək istəyir. Amma bunu elə edir ki, Ermənistan çox zərər görməsin. Qərb seçim tələb etdiyi üçün Ermənistanın zaman qazanması da mümkün deyil”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR