İnsanlara hürriyət, millətlərə istiqlal!

AĞIR QƏZA! 16 yaşlı sürücü əvvəl piyadanı vurdu, sonra avtomobili divara çırpdı

1291 09.12.2025 00:40 Hadisə A A

Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qırıqlı kənd ərazisindəbaş verib.

Belə ki, 2009-cu il təvəllüdlü R.Zeynalovun idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı piyada, 2003-cü il təvəllüdlü F.Quluzadəni vurub və daha sonra divara çırpılıb. Nəticədə piyada ölüb, sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR