İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağır qəzadan sonra ayağa qalxan müğənni: "Dedilər, yeriyə bilməyəcəksən"

864 20.07.2026 11:32 Şou-biznes A A

"Dedilər, bacarmayacaqsan, yeriyə bilməyəcəksən, hətta ayağa belə dura bilməyəcəksən. Mən isə yalnız Allaha sığındı, özümə inandım və yoluma davam etdim".

Musavat.com xəbər verir ki, bunu ötən il ağır yol-nəqliyyat qəzası nəticəsində yerimə qabiliyyətini itirən gənc müğənni Ayla Şiriyeva (Aila Rai) uzun sürən reabilitasiya prosesindən sonra deyib. O, yeriməsi ilə bağlı görüntüləri paylaşaraq deyib:

"Bu gün gəldiyim yer bir şeyi sübut edir: insanın ən böyük gücü özünə olan inamıdır. Həyat çətinliklərlə sınayar, amma iradən sarsılmasa, heç nə səni dayandıra bilməz. İstə, əziyyət çək, səbir et və özünə inan. Çünki hər şey bir addımla başlayır, o addım isə özünə inanmaqdır".

Xatırladaq ki, Ayla Şiriyeva ötən il Şahdağdan qayıdarkən ağır avtomobil qəzasına düşmüş, aldığı xəsarətlər səbəbindən uzun müddət müalicə və reabilitasiya prosesi keçmişdi.

Qeyd edək ki, Aila Rai 2018-ci ildə Türkiyənin məşhur “O səs Türkiyə” müsabiqəsində iştirak edib.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR