Almaniyalı dizaynerlər tipik panel çoxmərtəbəli binanı xatırladan maraqlı şkaf modeli hazırlayıblar.
Musavat.com xəbər verir ki, layihə müəlliflərinin sözlərinə görə, mebelin fasadında yerləşdirilən “pəncərə” sıraları və beton fakturası sovet dövrü yaşayış binalarına nostalji effekti verir.
Məlumata görə, şkafın “pəncərələri” sadəcə dekorativ element deyil. Onlar real funksional hissə kimi nəzərdə tutulub və içəridə – rəflərdə hansı əşyaların yerləşdiyini kənardan görməyə imkan yaradır.
Dizaynerlər bildirirlər ki, əsas məqsəd təkcə praktik mebel hazırlamaq yox, həm də şəhər memarlığının kollektiv yaddaşda buraxdığı izləri interyerə daşımaqdır. Brutalist üslubu xatırladan beton tekstura və simmetrik “pəncərə” düzülüşü modeli həm sənət obyekti, həm də gündəlik istifadə üçün nəzərdə tutulan mebel kimi təqdim edir.
Musavat.com






