İnsanlara hürriyət, millətlərə istiqlal!

Alman siyasətinin nəhəngindən sensasional geri dönüş

469 13.02.2026 00:43 Dünya A A

Almaniyada Angela Merkelin yenidən yüksək vəzifəyə qayıdacağı barədə iddialar gündəmə gəlib.

Musavat.com xəbər verir ki, BILD nəşrinin məlumatına görə, sabiq kansler ölkənin gələcək prezidenti postuna mümkün namizədlərdən biri kimi müzakirə olunur.

Məlumata əsasən, onun namizədliyini “Yaşıllar” partiyası irəli sürə bilər. Bu variant hazırkı federal prezident Frank-Valter Ştaynmayerin səlahiyyət müddəti başa çatdıqdan sonra reallaşa bilər.

Bununla belə, Merkelin mətbuat xidməti onun prezidentliyə namizəd olmağı planlaşdırmadığını açıqlayıb.

Xristian-Demokrat İttifaqından mənbələr bildirir ki, hazırkı kansler Fridrix Merz ilə Merkel arasında münasibətlər gərgindir.

Merkel kansler olduğu dövrdə qəbul etdiyi qərarlara görə tez-tez tənqid olunurdu. Ona xüsusilə miqrasiya siyasətinə görə nəzarətsiz axının yaranması və Almaniyanın atom elektrik stansiyalarını bağlayaraq ölkəni Rusiyadan enerji asılılığına sürükləməsi ittihamları irəli sürülür.

Fridrix Merz isə daha əvvəl Almaniyanın AES-lərdən imtinasını “bahalı strateji səhv” adlandırmışdı.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR