Musavat.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Berlində kansler Fridrix Merts ilə birgə keçirdiyi mətbuat konfransında imzalanan sənədi “tarixi dönüş nöqtəsi” kimi qiymətləndirib.
Paşinyanın sözlərinə görə, qəbul edilən deklarasiya iki ölkənin münasibətlərini strateji tərəfdaşlıq mərhələsinə keçirən əsas sənəd hesab olunur.
Musavat.com-un məlumatına görə, Almaniya və Ermənistanın yeni tərəfdaşlıq gündəliyi təhlükəsizlik, enerji, iqtisadiyyat və islahatlar sahələrində daha sıx əməkdaşlığı nəzərdə tutur.
Musavat.com






