İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyadan 9 azərbaycanlı geri qaytarıldı – Avropaya sığınmaq imkansızlaşır  

964 20.02.2026 11:07 Dünya A A

Fevralın 19-da Azərbaycan vətəndaşı olan 9 nəfər Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib.

Musavat.com xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti fevralın 20-də məlumat yayıb.

Bildirilib ki, geri qaytarılma “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində həyata keçirilib. Rəsmi açıqlamaya görə, həmin şəxslər Almaniya ərazisində qanunsuz yaşayış statusu səbəbilə readmissiya olunublar.

Qurumun məlumatında qeyd edilir ki, readmissiya edilən vətəndaşların qarşılanması, sənədləşdirilməsi və reinteqrasiyası üçün aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrup tərəfindən müvafiq tədbirlər görülür. Məqsəd onların sosial uyğunlaşmasının təmin edilməsi və ölkəyə qayıdışdan sonrakı mərhələdə yaranan problemlərin həllinə dəstək göstərilməsidir.

Rəsmi statistikaya əsasən, 2020–2025-ci illər ərzində 16 müxtəlif ölkədən 2 min 235-dən çox Azərbaycan vətəndaşı readmissiya edilib. Bu göstərici readmissiya mexanizminin davamlı tətbiq olunduğunu və miqrasiya sahəsində beynəlxalq əməkdaşlığın aktiv şəkildə həyata keçirildiyini göstərir.

Xatırladaq ki, Azərbaycan ilə Avropa İttifaqı arasında readmissiya sazişi icazəsiz yaşayan şəxslərin vətəndaşı olduqları ölkəyə qaytarılmasını nəzərdə tutur və tərəflər arasında miqrasiya proseslərinin tənzimlənməsində əsas hüquqi mexanizmlərdən biri hesab olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR