İnsanlara hürriyət, millətlərə istiqlal!

Amnistiyaya düşən şəxs həyat yoldaşını boğmağa cəhd etdi - QALMAQAL

1227 19.01.2026 16:33 Kriminal A A

Amnistiya aktı əsasında cəzadan azad edilən C.N. həyat yoldaşı X.M-ni boğmağa cəhd edib. C.N. həyat yoldaşından məhkəmədə olan boşanma ərizəsini geri götürməyəcəyi təqdirdə onu öldürəcəyi ilə hədələyirmiş.

Musavat.com xəbər verir ki, hadisə ötən gün Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.

Məlumata görə, X.M. boşanmaq üçün məhkəməyə müraciət etdikdən sonra ailə daxilində gərginlik yaranıb. Mübahisə zamanı C.N. qadını yerə yıxaraq boğmağa çalışıb. Zərərçəkmiş qadın müqavimət göstərərək onun əlindən xilas ola bilib və dərhal hüquq-mühafizə orqanlarına müraciət edib.

Araşdırma zamanı məlum olub ki, C.N. daha əvvəl də X.M.-yə qarşı zorakılıq faktı ilə hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olub. Belə ki, ötən il X.M. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, 21 noyabr 2025-ci il tarixdə, saat 18:30 radələrində, Qara Qarayev prospektində, “Ruslan 93” marketin yaxınlığında, işıqforda dayanan avtomobildə aralarında mübahisə yaranıb. Mübahisə zamanı C.N. onun saçlarını yolub və sağ əl barmağını sındırıb. Bundan sonra X.M. hüquq-mühafizə orqanlarına müraciət etməklə yanaşı, məhkəməyə də nikahın pozulması üçün ərizə verib. Ərizəsində boşanma səbəbi kimi dəfələrlə ona qarşı edilən şiddətlərə son qoyulmasını istəyini göstərib.

Həmin vaxt X.M.-nin şikayəti əsasında faktla bağlı C.N.-yə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi (qəsdən sağlamlığa az zərər vurma) ilə ittiham verilib. Sonradan C.N. barəsində bəraətverici əsaslar olmadan, Amnistiya aktına əsasən sadələşdirilmiş icraat materialına xitam verilməsi barədə qərar qəbul edilib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR