İnsanlara hürriyət, millətlərə istiqlal!

Anasını ilə münasibətdə olan 69 yaşlı kişini vəhşicəsinə qətlə yetirdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

2056 15.11.2025 10:32 Kriminal A A

Antalyanın Kaş rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, rayona bağlı Andifli məhəlləsində 36 yaşlı Gökay S. anası ilə münasibətdə olduğunu iddia etdiyi 69 yaşlı Yusuf Aygülü küçənin ortasında 22 dəfə bıçaqlayaraq qətlə yetirib.

Hadisə mobil telefon kamerası ilə də qeydə alınıb.

Məlumata görə, hadisə saat 13:00 radələrində Şehit Kazım Temel küçəsində baş verib. Bələdiyyə işçisi olan Gökay S. anası Meral S. ilə hotelin gecə gözətçisi kimi çalışan Yusuf Aygül arasında münasibət olduğunu öyrəndikdən sonra onunla küçədə mübahisəyə başlayıb. Qızışan mübahisə qısa müddətdə faciəyə çevrilib.

Gökay S. üzərində gəzdirdiyi bıçaqla Yusuf Aygülü dəfələrlə vuraraq hadisə yerindən qaçıb. Əraziyə çağırılan təcili yardım komandası Aygülə ilk yardım göstərsə də, xəstəxanaya çatdırıldıqdan sonra onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlər Yusif Aygülün bədənində 22 bıçaq yarası olduğunu açıqlayıblar.

Polis qısa zamanda cinayətin aləti olan bıçaqla birlikdə Gökay S.-ni saxlayıb. İlkin məlumata görə, şübhəli şəxs iki aydır anasının evə gəlmədiyini, daha sonra isə onun Yusif Aygüllə münasibət yaşadığını öyrəndiyini bildirib.

Hadisə anı ətrafdakı şəxslər tərəfindən mobil telefonla çəkilib. Görüntülərdə Yusif Aygülün yerdə hərəkətsiz vəziyyətdə olmasına baxmayaraq, Gökay S.-nin onu bıçaqlamağa davam etməsi və ətrafdakıların yaxınlaşmasına imkan verməməsi əksini tapıb.

Faktla bağlı araşdırma davam edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR