İnsanlara hürriyət, millətlərə istiqlal!

Arayik: "Xəbərim yox idi, Bakıda olanda bildim"

1153 19.12.2025 16:26 Gündəm A A

Bakı Hərbi Məhkəməsində keçirilən iclasda son sözlə çıxış edən təqsirləndirilən Araik Arutyunyan azərbaycanlılara qarşı törədilmiş bir sıra hərbi cinayətlər barədə əvvəllər məlumatının olmadığını iddia edib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, məhkəmədə təqdim olunan materiallar arasında yer alan bəzi faktları ilk dəfə məhz Bakıda eşidib:

“Burada hərbi cinayətlər təqdim olundu. Açığı, bu cinayətlərin əksəriyyəti barədə məhz burada məlumat aldım. Mən kifayət qədər məlumatlı insanam. Amma Kəlbəcərdə tuneldə baş verən hadisə və ‘Bəylik bağı’nda baş verənlər barədə burada öyrəndim. Şübhəsiz ki, bunlar hərbi cinayətlərdir və onların konkret günahkarları var. Əgər bu dünyada cəzalanmayıblarsa, etdiklərinə görə axirət dünyasında cəza alacaqlar”, – deyə Arutyunyan bildirib.

Qeyd edək ki, Araik Arutyunyan Bakı Hərbi Məhkəməsində Azərbaycan ərazilərində törədilmiş ağır cinayətlər üzrə təqsirləndirilən şəxslər sırasında mühakimə olunur. Məhkəmə prosesində mülki şəxslərə qarşı zorakılıq, humanitar hüququn kobud şəkildə pozulması və digər hərbi cinayət epizodları üzrə materiallar araşdırılır.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR