İnsanlara hürriyət, millətlərə istiqlal!

Arda nə etsə də, ispanları razı sala bilmir

1635 09.03.2026 19:54 İdman A A

İspaniya La Liqasının 25-ci turunda "Real" səfərdə "Selta"nı 2:1 hesabı ilə məğlub etsə də, matçda məhsuldar ötürmə ilə yadda qalan Arda Güler hələ də medianın tənqid hədəfidir.

Musavat.com İdman.Biz-ə istinadən bildirir ki, İspaniyanın tanınmış jurnalistlərindən olan Xuanma Rodriqes Ardanın səviyyəsinin əsas heyət üçün kifayət etmədiyini iddia edib.

O, gənc ulduzun Tiyaqo Alkantara ilə müqayisədə zəif olduğunu bildirib:

"Son oyunda gördüklərimizə əsasən deyə bilərəm ki, Tiyaqo mütləq "Real"ın ilk 11-ində yer almalıdır. O, Arda Gülerdən öndədir. Arda hələ yaxşı deyil, sahədə itib-batır. Həmçinin, Valverde yenidən cinah müdafiəsinə qayıtmalı, Trent Aleksander-Arnold isə ehtiyat skamyaya çəkilməlidir".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR