İnsanlara hürriyət, millətlərə istiqlal!

Arxiyepiskop Xaçatryan SAXLANILDI - ŞOK İTTİHAM

893 04.12.2025 19:16 Region A A

Eçmiədzin dəftərxanasının rəhbəri arxiyepiskop Arşak Xaçatryan İrəvanda saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə vəkil Arsen Babayan sosial şəbəkədə məlumat verib.

Məlumatda bildirilir ki, arxiyepiskop İstintaq Komitəsinin binasında Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq Komitəsi daha sonra bildirib ki, Xaçatryan narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək həbs edilib.

Qurumdan verilən məlumata görə, ibtidai istintaq çərçivəsində Ermənistan Cinayət Məcəlləsinin 393-cü maddəsinin 2-ci hissəsinin 1 və 4-cü bəndləri - bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq və ictimai yerdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə cinayət işi açılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR