İnsanlara hürriyət, millətlərə istiqlal!

"Atam məni qucaqladı və dedi ki, aktyorlar ölmür" - Cavidan Novruz

672 10.01.2026 22:08 Şou-biznes A A

Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz atası ilə bağlı xatirəsini izləyiciləriylə bölüşüb.

O, uşaq yaşlarında atasının rol aldığı tamaşada öldürüldüyünü gördükdən sonra çox sarsıldığını qeyd edib: 

"Bir dəfə uşaq vaxtı atamın tamaşasına gedib baxmışdım və sonda obraz olaraq onu öldürürdülər. Mənim 7-8 yaşım olardı, çox sarsılmışdım, hönkür-hönkür ağlamışdım. Atam məni qucaqladı və dedi ki, "Dəlisən? Aktyorlar ölmür ki..." O sözə nədənsə çox inanmışdım və müəyyən yaşa qədər elə bilirdim. Amma o vaxt anlamamışdım ki, o sözü cismən demir! İki gündür yaman çox darıxıram..."  (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR