İnsanlara hürriyət, millətlərə istiqlal!

ATƏT Minsk qrupu rəsmən fəaliyyətini dayandırdı

1147 01.12.2025 12:09 Dünya A A

ATƏT 30 noyabr saat 23:59-da Minsk prosesi ilə bağlı bütün strukturların fəaliyyətinin tam dayandırıldığını açıqlayıb.

Musavat.com xəbər verir ki, bu qərar Azərbaycan və Ermənistanın birgə müraciətindən sonra ATƏT-in Finlandiya sədrlik institutu tərəfindən hazırlanmış və Nazirlər Şurasının MC.DEC/1/25 saylı 1 sentyabr tarixli qərarı əsasında icra olunub.

Təşkilatın bəyanatında bildirilir ki, Minsk prosesi və ona bağlı qurumların bağlanması ilə ATƏT çərçivəsində uzun illər mövcud olmuş mexanizm tarixə qovuşur.

Bu qərar Qarabağ münaqişəsinin artıq tamamlanmış hesab edilməsi fonunda atılıb və prosesin formal olaraq da sona çatdırıldığını təsdiqləyir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR