Fransa və İtaliya Hörmüz boğazından gəmilərinin təhlükəsiz keçidini təmin etmək üçün İranla danışıqlara başlayıblar.
Musavat.com xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, danışıqlar hələ ilkin mərhələdədir və konkret nəticələrə zəmanət vermir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bir müddət əvvəl bildirib ki, gəmilərin Hörmüz boğazından keçməsi İran Hərbi Dəniz Qüvvələri ilə əlaqələndirilməlidir.
O qeyd edib ki, ABŞ və İsrailin bölgədə yaratdığı qeyri-sabitlik gəmiçilik trafikinə mənfi təsir göstərə bilər, lakin Tehran Hörmüz boğazının təhlükəli olmasını istəmir.
Musavat.com






