İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Mərkəzi Bankı Ukrayna üçün kreditə zəmanət verməkdən imtina etdi

532 02.12.2025 15:12 İqtisadiyyat A A

Avropa Mərkəzi Bankı Ukraynaya 140 milyard avroluq "təzminat krediti"nə zəmanət verməkdən imtina edi.

Musavat.com Financial Times-a istinadən xəbər verir ki, AMB sxemin faktiki olaraq Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulduğu depozitar olan Belçikanın Euroclear bankına son həlqə kreditoru olmasını tələb edəcəyini açıqlayıb. AMB-nin daxili təhlili göstərib ki, belə bir struktur birbaşa hökumət maliyyələşdirməyə bərabər olacaq. Bu isə inflyasiyanı artırmaq və tənzimləyiciyə etimadı sarsıtmaq riski səbəbindən Aİ müqavilələri ilə qadağan edilmiş "pul maliyyələşdirməsi" formasıdır.

AMB-nin imtinasından sonra Avropa Komissiyası kredit üçün müvəqqəti likvidlik təmin edəcək alternativ mexanizm hazırlamağa başlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR