İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropadakı rus diversiyaları ilə bağlı ŞOK İDDİA

602 09.12.2025 17:41 Dünya A A

Rusiyanın Avropada həyata keçirdiyi hibrid müharibə təkcə taktiki səbəblərlə bağlı ayrı-ayrı əməliyyatlar seriyası olmaya bilər. Ayrı-ayrılıqda onlar “iynəbatırma” kimi görünə bilər, lakin birlikdə strateji eskalasiya mənzərəsi formalaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” Avropa kəşfiyyat orqanlarının əməkdaşlarının rəyi əsasında yazı yayımlayıb.

Qəzetlə danışan kəşfiyyat icmasının bir çox nümayəndələri hesab edirlər ki, hücum obyektləri, Rusiyanın qəbul etməyə hazır olduğu risklər və əldə etməyə çalışdığı məqsədlər Ukraynadakı münaqişənin gedişatına sadəcə reaksiya ilə izah olunmayacaq qədər böyükdür.

FT-yə danışan xüsusi xidmət orqanlarından bir rəsmisinin bildirdiyinə görə, Rusiyanın diversiya fəaliyyətinə dair son qiymətləndirmələr indi NATO-nun 2023-cü il tarixli “Birgə Təhlükə Qiymətləndirməsi” hesabatı kontekstində nəzərdən keçirilir. Həmin hesabatda belə nəticə çıxarılırdı ki, Rusiya 2029-cu ilə qədər Avropa ilə mümkün müharibəyə hazırlaşmaq üçün silahlı qüvvələrini və iqtisadiyyatını hazırlayır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR