İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan bir neçə ssenariyə hazırdır” - İDDİA 

641 17.02.2026 16:15 Son xəbər A A

Cənubi Qafqazda sülh prosesi davam edərkən Ermənistanda səslənən yeni açıqlamalar diqqət çəkib.

Musavat.com xəbər verir ki, bu barədə erməni politoloq, Regional Demokratiya və Təhlükəsizlik Mərkəzinin rəhbəri Tiqran Qriqoryan illik konfrans zamanı fikirlərini bölüşüb.

Ekspert 8 avqust 2025-ci ildə Vaşinqtonda Ermənistan, Azərbaycan və ABŞ arasında imzalanmış sülh sazişinə toxunaraq bildirib ki, həmin hadisələrin əsas nəticəsi qısamüddətli perspektivdə regionda sabitliyə töhfə verməsi və eskalasiya riskinin əhəmiyyətli dərəcədə azalması olub.

Qriqoryanın sözlərinə görə, Qarabağda baş verən proseslərdən sonra Azərbaycan-Ermənistan münasibətlərində ən problemli məsələ kommunikasiyaların açılması olub. O iddia edib ki, həmin dövrdə Bakı tərəfindən sərt ritorika səslənir və problemin güc yolu ilə həlliylə bağlı mesajlar verilib. Erməni analitikə görə, TRIPP proqramı ideal olmasa da, bu məsələyə müəyyən həll mexanizmi təklif edib və hərbi variantdan daha məqbul alternativ kimi qiymətləndirilib.

Erməni ekspert etiraf edib ki, ideal şəraitdə Ermənistan belə razılaşmaya getməzdi, çünki bu, müəyyən nəzarət elementlərinin üçüncü tərəfə verilməsini nəzərdə tutur. Lakin alternativlərin daha riskli olduğunu vurğulayıb. Onun fikrincə, ən mənfi ssenari kommunikasiyaların hərbi yolla açılması olardı.

Qriqoryan əlavə edib ki, Ermənistan Xarici İşlər Nazirliyinin bir ay əvvəl açıqladığı sənəd TRIPP çərçivəsində prosesin detallarını müəyyən qədər aydınlaşdırıb və rəsmi İrəvanın minimal “qırmızı xətlərinin” qorunduğunu göstərib.

O, Ermənistanın əsas güzəştinin qarşılıqlılıq məsələsi ilə bağlı olduğunu bildirib. Analitikin sözlərinə görə, Ermənistan ərazisində Azərbaycan yükləri və sərnişinləri üçün sadələşdirilmiş rejim tətbiq ediləcək, lakin eyni mexanizmin Azərbaycan ərazisində gözlənilməsi real görünmür və bunu “simvolik güzəşt” kimi qiymətləndirib.

Eyni zamanda Qriqoryan iddia edib ki, hazırda açıq şəkildə aqressiv ritorika müşahidə olunmasa da, Azərbaycanda “Qərbi Azərbaycan” kimi narrativlərin mövcudluğu Bakının bir neçə ssenariyə hazır olduğunu göstərir. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR