Azərbaycan Dillər Universitetinin “Xarici dillərin tədrisi metodikası” kafedrasının dosenti Gülbəniz Camalova vəfat edib.
Gülbəniz Camalova 1963-cu il Qazax rayonunda anadan olub.
O, 1982-1987-ci illərdə Azərbaycan Dillər Universitenin fransız dili fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1999-cu ildən ADU–da fransız dilini tədris etməyə başlayıb.Azərbaycanda fransız dilinin qorunub saxlanılması, inkişafı və təbliği sahəsində müstəsna xidmətləri olan görkəmli alim, pedaqoq və ictimai xadim olub./Oxu24.com






