İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Gürcüstan bazarında birinci oldu

1404 02.02.2026 18:35 Gündəm A A

2025-ci ilin yekunlarına əsasən Azərbaycan Gürcüstana süd və qaymaq tədarükündə lider mövqeyə yüksəlib.

Musavat.com xəbər verir ki, bu barədə Gürcüstanın biznes portalı BM.ge məlumat yayıb. Məlumata görə, Rusiya ikinci yerdə qərarlaşıb və Azərbaycanla müqayisədə ciddi fərqlə geri qalıb. Ukrayna isə ilk onluğun son sıralarına düşüb.

Bildirilib ki, ötən il Gürcüstana ümumilikdə 19 672 ton süd və qaymaq idxal olunub. Bu məhsulların ümumi dəyəri 22,7 milyon dollar təşkil edib. Göstəricilər 2024-cü illə müqayisədə həcm baxımından 33,4 faiz, maliyyə ifadəsində isə 36,4 faiz artıb.

Azərbaycan Gürcüstan bazarına 6 018 ton süd və qaymaq ixrac edərək 5 milyon dollar gəlir əldə edib. Bununla da ölkəmiz Gürcüstanın ən böyük süd məhsulları təchizatçısına çevrilib. Rusiyanın ixracı 3 179 ton (4 milyon dollar), Polşanın isə 3 278 ton (3,5 milyon dollar) təşkil edib.

İlk onluqda Fransa, Belarus, Türkiyə, Almaniya, İran, Ukrayna və İtaliya da yer alıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR