İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan vətəndaşını döyüb eyvandan atdılar- Vəziyyəti ağırdır

1791 19.03.2026 09:47 Hadisə A A

Türkiyənin Sakarya vilayətinin Arifiye qəsəbəsində Azərbaycan vətəndaşına ağır xəsarətlər yetirilib.

Fatih məhəlləsində naməlum şəxs və ya şəxslər 30 yaşlı S.A-nı döyüblər.

Daha sonra eyvandan küçəyə atılan həmyerlimizi sakinlər görərək təcili tibbi yardım çağırıblar.

Ağır kəllə-beyin və digər xəsarətlər almış gənc Sakarya Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilib. Hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanları araşdırma aparır./qafqazinfo.az/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR