İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın İrandakı səfirindən təsirli paylaşım - FOTO

17251 06.03.2026 15:05 Gündəm A A

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə sosial media hesabında paylaşım edib.

Musavat.com xəbər verir ki, diplomat təxliyənin başlandığını və bunun son 3 ildə ikinci təxliyə olduğunu qeyd edib:

“Tehrandakı səfirliyimizin və Təbrizdəki Baş konsulluğumuzun heyətlərinin təxliyəsi barədə göstəriş verilib. Son 3 ildə artıq ikinci təxliyə”.

Xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında bildirib ki, Azərbaycanın Tehrandakı səfirliyinin, eyni zamanda Təbrizdəki Baş konsulluğunun əməkdaşlarının təxliyəsi ilə bağlı tapşırıqlar verilib.

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR