İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın qonşusu İFLİC OLDU – ŞOK VİDEO

1547 20.02.2026 11:15 Region A A

Azərbaycanın qonşusu Gürcüstan güclü fırtına və əlverişsiz hava şəraitinin təsiri ilə faktiki olaraq iflic vəziyyətinə düşüb. Qara dəniz sahillərində müşahidə olunan şiddətli külək və yüksək dalğalar sahilboyu ərazilərdə ciddi fəsadlar törədib.

Musavat.com xəbər verir ki, Qara dənizin coşan dalğaları şəhər küçələrinə qədər irəliləyərək xüsusilə Kobuleti və Batumi şəhərlərinə ağır zərbə vurub. Sahilboyu bulvar, avtomobil yolları və bəzi obyektlərə ziyan dəyib, bir sıra küçələrdə hərəkət məhdudlaşdırılıb.

Yerli media güclü küləyin elektrik xətlərinə və infrastruktur obyektlərinə də təsir etdiyini bildirir. Fövqəladə xidmət orqanları ərazilərdə gücləndirilmiş rejimdə işləyir, sakinlərə zəruri olmadıqca evdən çıxmamaq tövsiyə olunur.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR