İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlılar İran ordusundan imtina edir

1718 05.03.2026 18:21 Dünya A A

İran ordusunda xidmət edən azərbaycanlı hərbçilərin ordu sıralarını tərk etmələri barədə sosial şəbəkə hesablarında xəbərlər yayılıb.

Musavat.com-un məlumatına görə, həmin xəbərlərdə bildirilib ki, xüsusən Tehran rejiminin Türkiyə və Azərbaycana qarşı təcavüzkar və təhdid mövqeyi, təxribatçı əməlləri azərbaycanlı hərbçilərin xidmətdən imtina etmələrinə səbəb olub. Yerli mənbələrin sözlərinə görə, ailələr İran hökumətinin yanlış siyasətləri nəticəsində ABŞ və İsraillə başlanan müharibədə yaxınlarının ölümünün qarşısını almaq üçün onlarn geri qayıtmalarına israr edirlər.

Bildirilir ki, 11-ci Marağa artilleriya qrupunda xidmət edən hərbçilərin əhəmiyyətli hissəsi xidmət yerlərini tərk ediblər.

Bu arada, Güneydəki gənclər təşkilatının da Tehranın Azərbaycan və Türkiyəyə qarşı aqressiv siyasətinə sərt etiraz bildirilib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR