Azərbaycanda gəncin babasının tabutu qarşısında saz çalması ilə bağlı görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, hadisə Tovuz rayonunda baş verib.
Bildirilir ki, rayon sakini olan yaşlı kişi sağlığında vəsiyyət edib ki, son mənzilə saz havası altında yola salınsın.
Mərhumun bu arzusunu onun oğlan nəvəsi yerinə yetirib. O, babasının tabutu önündə saz çalaraq onu son mənzilə yola salıb. Həmin anları əks etdirən görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılıb və müxtəlif reaksiyalar doğurub.
Qeyd edək ki, saz Azərbaycan xalqının qədim musiqi alətlərindən biridir və xüsusilə aşıq sənətinin əsas atributu sayılır. Bu baxımdan mərhumun saz havası ilə yola salınması onun milli-mənəvi dəyərlərə bağlılığının ifadəsi kimi qiymətləndirilir.
Şahanə Rəhimli
Musavat.com






