Sumqayıt ərazisində kəskin duman yaranıb.
Musavat.com xəbər verir ki, hazırda Bakı–Sumqayıt magistralında görünüş məsafəsi xeyli məhdudlaşıb. Sürücülərin sözlərinə görə, duman səbəbindən yolun bir neçə hissəsində yol görünmür.
Mövcud vəziyyət nəqliyyatın hərəkətinə ciddi təsir göstərib. Avtomobillərin hərəkət sürəti kəskin şəkildə azalıb, bəzi hissələrdə isə yol hərəkəti, demək olar ki, görünmür.
Sürücülərə təhlükəsizlik qaydalarına ciddi əməl etmələri, sürət həddini azaltmaları və məsafəni qorumaqları tövsiyə olunur.
Şahanə Rəhimli
Musavat.com






