Bakıda 19 yaşlı gənc Nihad Məmmədov İsmayıl oğlu naməlum səbəbdən vəfat edib.
Musavat.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, ötən gün Nihad Məmmədov yaşadığı Günəşli qəsəbəsində dünyasını dəyişib. Onun ölüm səbəbi hələlik məlum deyil.
Gənc əslən Şərur rayonunun Mahmudkənd kəndindən olub.
Şahanə Rəhimli
Musavat.com






